Avroliqada 3-cü təsnifat mərhələsinə yekun vurulur
- 2021-08-12
Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
İkinci oyun günündə 6 qarşılaşma keçiriləcək.
Azərbaycan çempionu "Neftçi" Finlandiyada Helsinki HİK-i ilə qarşılaşacaq.
"Qalatasaray" isə “Sent Conston”la bu dəfə Şotlandiyada üz-üzə gələcək.
Avropa Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunları
12 avqust
19:00. “Alaşkert” (Ermənistan) - “Kayrat” (Qazaxıstan)
İlk oyun - 0:0
20:00. "HİK" (Helsinki, Finlandiya) - "Neftçi"
İlk oyun - 2:2
21:00. “Anortosis” (Kipr) - “Rapid” (Avstriya)
İlk oyun - 0:3
21:00. “Jalgiris” (Vilnüs, Litva) - “Mura” (Sloveniya)
İlk oyun - 0:0
22:00. “Sent Conston” (Şotlandiya) - “Qalatasaray” (Türkiyə)
İlk oyun - 1:1
22:45. “Seltik” (Şotlandiya) - “Yablonets” (Çexiya)
İlk oyun - 4:2
Qeyd edək ki, daha əvvəl "Omoniya" və "Slovan" (Bratislava) komandaları pley-offa yüksəlib.