Siriqunun yeni klubu
- 2021-08-03
“Torino”dan ayrılan Salvatore Siriqunun yeni klubu məlum olub.
34 yaşlı qapıçı “Cenoa”ya keçib. Bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Siriqu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, İtaliya yığmasının üzvü PSJ, "Sevilya", "Osasuna" kimi klublarda da çıxış edib.