Tottenhem argentinalı müdafiəçini transfer etməyə yaxındır
Transfer

Tottenhem argentinalı müdafiəçini transfer etməyə yaxındır

  • 2021-08-03

Tottenhem Atalantanın müdafiəçisi Kristian Romeronun transferini yekunlaşdırmaq ərəfəsindədir.

23 yaşlı argentinalı London klubuna qoşulmaqda istəklidir və sövdələşmə rəsmiləşdiyi təqirdə İngiltərənin paytaxtına uçmağa hazırdır.

Tottenhem Romero üçün etdiyi ilkin 42 mln funt sterlinqlik təklifi qaldıraraq 47 milyona çatdırıb və bu qiymət italyan tərəfini qane edir. 

Sky İtaliyanın məlumatına görə, Atalanta, hal-hazırda, Lilldən Sven Botmanın, Yuventusdan isə Merih Demiralın transferi üçün sövdələşmələr üzərində işləyir.