“Monako”dan yeni transfer
Transfer

“Monako”dan yeni transfer

  • 2021-08-03

“Monako” heyətinə yeni futbolçu qatıb.

Klubun saytına əsasən, Fransa klubu “Lion”un braziliyalı oyunçusu Jean Lukası transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Transfermarkt”ın məlumatına görə isə Liqa 1 təmsilçisi bu keçid üçün qarşı tərəfə 12 milyon avro ödəyib.

Qeyd edək ki, Lukas 2019-cu ildən “Lion”da çıxış edir. O, geridə qalan mövsüm Liqa 1-də 24 matçda 2 qolun ötürməsini verib.