Ozan Can Kökcünün yeni klubu – Rəsmi
- 2021-08-03
“Sabah” futbolçu Ozan Can Kökcü ilə yollarını ayırıb.
Bu barədə klubun saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı Niderlandın “Telstar” klubuyla razılığa gəlinib.
Ozan Can 2019-cu ildən “Sabah”da oynayıb. Ötən mövsümün ikinci yarısını “Telstar”da icarədə keçirən Kökcü, “Sabah”da ümumilikdə 29 oyunda meydana çıxıb.
“Sabah” Ozan Can Kökcüyə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.