Ronaldo "Real"a qayıtmaq istəyir
Transfer

Ronaldo "Real"a qayıtmaq istəyir

  • 2021-08-03

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo klubdan ayrılmaq istəyir.

Bu barədə AS nəşri məlumat yayıb. 36 yaşlı hücumçu "Real"a qayıtmaq istəyir. Portuqaliyalı oyunçu düşünür ki, Karlo Ançelottinin Madrid təmsilçisinə baş məşqçi təyin olunduğu üçün bu keçidin baş tutması daha realdır.

Qeyd edək ki, Ronaldo "Yuventus"a 2018-ci ildə "Real"dan keçib.