Pyaniç "Yuventus"a qayıdır
Transfer

Pyaniç "Yuventus"a qayıdır

  • 2021-06-01

"Barselona"nın futbolçusu Miralem Pyaniç sabiq komandası "Yuventus"a qayıda bilər.

"Tuttosport"a əsasən komandanın yeni baş məşqçisi Massimiliano Alleqri keçmiş futbolçusunu heyətə cəlb etmək istəyir. Bosniyalı yarımmüdafiəçinin də "Barselona"da xoşbəxt olmadığı və Turin klubuna geri dönəcəyi bildirilib.


Bir müddət əvvəl Pyaniçin adı "Barselona"nın yolları ayıracağı futbolçular siyahısında göstərilirdi.

Qeyd edək ki, Pyaniç 2016-2020-ci illətdə "Yuventus"da oynayıb. Ötən ildən "Barselona"da çıxış edən futbolçu heyətə düşməkdə çətinlik çəkir.