"Real" ona 50 milyon avro qiymət qoydu
- 2021-08-02
"Real" futbolçusu Martin Edeqoru satmağa hazırdır.
"ABC"yə əsasən, Madrid təmsilçisi norveçli yarımmüdafiəçi üçün 50 milyon avro ödəniləcəyi təqdirdə, onunla yolları ayıracaq. "Real" oyunçunu satsa, müqaviləyə Edeqoru geri almaq variantını daxil etməyə çalışacaq.
Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsümün ikinci hissəsini icarə əsasında "Arsenal"da keçirib.