Onyakurunun yeni klubu
- 2021-08-02
"Qalatasaray"la icarə müqaviləsi başa çatan "Monako"nun futbolçusu Henri Onyakurunun yeni klubu müəyyənləşib.
RMC-yə əsasən, nigeriyalı oyunçu karyerasını "Olimpiakos"da davam etdirəək. O, artıq yeni klubu ilə müqavilə imzalamaq üçün Yunanıstana gedib. Bu transfer üçün Yunanıstan təmsilçisi "Monako"ya 5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, 24 yaşlı hücumçu "Qalatasaray"da meydana çıxdığı 71 matçda 22 qol vurub, 12 qolun ötürməsini verib. İstanbul təmsilçisini Onyakurunu birdəfəlik almaq hüququndan imtina edib.