Arnautoviçin yeni klubu müəyyənləşdi
Transfer

Arnautoviçin yeni klubu müəyyənləşdi

  • 2021-08-01

İtaliyanın “Bolonya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

A seriyası təmsilçisi Avstriya millisinin üzvü Marko Arnautoviçi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Daha əvvəl İtaliyada “İnter”, Niderlandda “Tvente”, Almaniyada “Verder”, İngiltərədə “Vest Hem”, “Stok Siti” kimi klublarda çıxış edən Arnautoviç son olaraq Çinin “Şanxay SİPQ” komandasında oynayıb.