Roman Yaremçuk “Benfika”da
- 2021-08-01
Ukrayna milli komandasının və “Gent”in futbolçusu Roman Yaremçuk karyerasını Portuqaliyada davam etdirəcək.
25 yaşlı hücumçu “Benfika”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaremçukla 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Yaremçuk “Gent”də 152 oyunda 61 qol vurub. Hücumçu Ukrayna yığmasında 29 oyunda 10 dəfə fərqlənib.