38 yaşlı Pandevlə yeni müqavilə
- 2021-08-01
Şimali Makedoniya millisindəki karyerasını başa vuran Qoran Pandev "Genuya"dakı çıxışını davam etdirəcək.
İtaliya mətbuatına əsasən, 38 yaşlı futbolçu klubun yeni müqavilə təklifini qəbul edib.
Müqaviləyə əsasən Pandev daha bir mövsüm Genuya təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Pandev 2015-ci ildən A seriyası təmsilçisində çıxış edir. Onun futbolçu karyerasını başa vuracağı haqda xəbərlər yayılıb. Qoran İtaliyada "Latsio", "İnter", "Napoli"də oynayıb.