Advokat bu millini çalışdıracaq
Transfer

Advokat bu millini çalışdıracaq

  • 2021-08-01

Məşhur mütəxəssis Dik Advokat məşqçi karyerasını bərpa edib.

O, İraq millisinin baş məşqçisi təyin olunub. Bu barədə İraq Futbol Federasiyasının saytı məlumat yayıb.

Qeyd edək ki, D.Advokatın son klubu "Feyenoord" olub. O, bu ilin mayında bu klubda son oyununu keçirdikdən sonra məşqçi karyerasını başa vurduğunu açıqlamışdı.