"Yuventus" futbolçusunu icarəyə verdi
Transfer

"Yuventus" futbolçusunu icarəyə verdi

  • 2021-07-31

"Yuventus" futbolçusu Canluka Frabottanı icarəyə verib.

Klubun saytına əsasən, 22 yaşlı müdafiəçi 2021/2022 mövsümünü icarə əsasında "Verona"da keçirəcək. Klubun yayda italiyalı oyunçunu birdəfəlik almaq hüququ var.

Qeyd edək ki, Frabotta ötən mövsüm A seriyasında 15 matçda meydana çıxıb.