"Real" dövrüm başa çatdı"
Transfer

"Real" dövrüm başa çatdı"

  • 2021-07-31

"Everton"un futbolçusu Xames Rodriqes gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Britaniya mətbuatına əsasən, o, sabiq baş məşqçisi Karlo Ançelottidən sonra "Real"a getməyəcəyini deyib: "Ora qayıdacağımı düşünmürəm. "Real" dövrüm başa çatdı, bu hekayə bir daha təkrarlanmayacaq. İnsanlar harada oynayacağımı soruşurlar. Bilmirəm, bu, həqiqətən olduqca çətindir. Görək, bundan sonra nə olacaq.

Hazırda diqqətimi məşqlərə yönəltmişəm. Futbolda, həyatda olduğu kimi, heç nə proqnozlaşdırıla bilməz".

Qeyd edək ki, kolumbiyalı yarımmüdafiəçi ötən mövsüm "Everton"da 26 oyuna çıxıb, 6 qol vurub və 9 qolun ötürməsini verib.