Tottenhemin ulduzu üçün 21 milyon avro maaş
- 2021-07-31
"Mançester Siti" "Tottenhem"in futbolçusu Harri Keyni transfer etməkdə israrlıdır.
Bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb. "Şəhərlilər" 27 yaşlı hücumçuya illik 21 milyon avro maaş ödəməyə hazırdır. Klub ona 5 illik müqavilə təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Keyn keçən mövsüm 35 matçda 23 qol vurub və 14 qolun ötürməsini verib.