"Barselona" fikrini dəyişdi
Transfer

"Barselona" fikrini dəyişdi

  • 2021-07-31

"Barselona" futbolçuları Antuan Qrizmann və Filipe Koutinyo haqda fikrini dəyişib. 

Bu barədə "Mundo Deportivo" məlumat yayıb. Kataloniya klubu sözügedən oyunçuları komandadan göndərmək fikrindən daşınıb. "Barselona" yalnız oyunçuların rədd edə bilməyəcəyi təklif gələcəyi təqdirdə onları buraxacaq. Hazırda isə koronovirus pandemiyasının klubların büdcəsinə vurduğu zərərə görə bu real görünmür.  

Qeyd edək ki, Koutinyo 2018, Qrizmann isə 2019-cu ildən bu komandada oynayır.