Cek Qriliş hansı klubu seçəcək?
Transfer

Cek Qriliş hansı klubu seçəcək?

  • 2021-07-30

Mançester Siti Cek Qrilişin potensial transferi ilə bağlı Aston Villa ilə açıq danışıqlara başlayıb.

Sky Sports məlumat verir ki, Siti artıq bir neçə gün gündür Villa ilə razılaşma əldə etməyə çalışır. Aston Villa isə klubun kapitanını satmaq fikrində deyil və ona yeni, təkmilləşdirilmiş kontrakt təqdim edərək gələcəyinin Villada uğurlu olacağına inandırmaq istəyir. 

Villanın Qriliş üçün tələb edəcəyi qiymətin 100 mln funt sterliq olacağı gözlənildiyi halda, Sitinin bu qiymətlə razılaşacağı sual altındadır. Transferin nəticəsi, həmçinin, oyunçunun Etihada keçib-keçməməklə bağlı şəxsi istəyindən asılıdır.

Pep Quardiola, 25 yaşlı Qrilişi və Harri Keyni bu mövsüm öz komandasında görməyi çox arzulayır. Qeyd edək ki, Siti tərəfi Tottenhemin hücumçusu Harri Keyn üçün 100 mln funt sterlinqlik təklif irəli sürmüşdülər, lakin London təmsilçiləri bu təklifi rədd etdilər.