Arsen Vengerə millidən təklif
Transfer

Arsen Vengerə millidən təklif

  • 2021-07-30

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger məşqçi karyerasını bərpa edə bilər.

Britaniya mətbuatına əsasən, fransalı mütəxəssisə İsveçrə milli komandasından təklif gəlib. “Bordo”ya baş məşqçi kimi yollanan Vladimir Petkoviçi millidə məhz Vengerin əvəzləyəcəyi bildirilib. Onunla ilkin razılığın əldə olduğu da qeyd olunub.

Xatırladaq ki, 71 yaşlı mütəxəssis 2018-ci ildə “Arsenal”dan ayrıldıqan sonra baş məşqçi kimi fəaliyyət göstərmir.