Kyellini "Yuventus"la bağlı qərarını açıqladı
Transfer

Kyellini "Yuventus"la bağlı qərarını açıqladı

  • 2021-07-29

Corcio Kyellini "Yuventus"la başa çatan müqaviləsini yenilyəcək.

36 yaşlı müdafiəçi bunu "Football Italia"ya açıqlamasında özü deyib.

"İstirahət etmək və ötən ayın sevincini yaşamaq üçün bir neçə günə ehtiyacım var. Amma bazar ertəsi Turində olacağam və yenidən işə başlayacağım üçün xoşbəxtəm. Daha bir neçə kubok qazanmaq istəyirəm. İdman aclığı hiss edirəm. İtaliya çempionu nişanı olmadan "Yuventus" forması geyinmək əlavə motivasiyadır" - deyə Kyellini bildirib.

Qeyd edək ki, 2005-ci ildən "Yuventus"da çıxış edən təcrübəli futbolçunun Turin kubu ilə müqaviləsi iyunun 30-da başa çatıb. Onun adı bir neçə klubla hallanırdı.