Boatenq hansı kluba keçəcək?
- 2021-07-29
“Bavariya”dan ayrılan Jerom Boatenq 2 klubdan təklif alıb.
Bu barədə jurnalist Nikola Şkira məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçini “Sevilya” və “Herta” heyətinə qatmaq istəyir. Hər iki klub onunla 1 illik müqavilə imzalamağa hazırdır.
Futbolçu “Herta”ya keçsə, qardaşı Kevin-Prins Boatenq ilə birlikdə oynaya biləcək. O, “Sevilya”ya transfer olunacağı təqdirdə Çempionlar Liqasında çıxış etmək şansı qazanacaq.
Qeyd edək ki, Boatenq Münhen təmsilçisindən müqaviləsi yenilənmədiyi üçün ayrılıb. Almaniyalı futbolçu 2011-ci ildən bu klubda oynayırdı.