"Real" onunla müqaviləni uzatdı
Transfer

"Real" onunla müqaviləni uzatdı

  • 2021-07-29

"Real" futbolçusu Dani Karvahalla yeni müqavilə imzalayıb.

İspaniya mətbuatına əsasən, 29 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin yayına kimi uzadılıb. Madrid təmsilçisinin bunu bu gün və ya sabah rəsmən açıqlayacağı gözlənilir.
 
Qeyd edək ki, Karvahal "Real"ın yetirməsidir. O, ötən mövsüm La Liqada meydana çıxdığı 13 matçda 2 qolun ötürməsini verib.