Sulşer yeni transferlərdən razıdır
Transfer

Sulşer yeni transferlərdən razıdır

  • 2021-07-29

Mançester Yunaytedin baş məşqçisi Ole Qunnar Sulşer cari pəncərənin transferlərindən çox razı olduğunu bildirib.

Borussia Dortmunddan 73 mln funt sterlinqə kluba cəlb olunan Ceydon Sanço bu yayın ən böyük transferlərindən sayılır. Yaxın günlərdə isə Real Madridin müdafiəçisi Rafael Varanın Mançester Yunaytedə transferi rəsmiləşəcək.

"Biz əvvəlki pəncərələrdə uğursuzluğa uğradıq. İndi mövqeyimiz yaxşıdır. Öncə də dediyim kimi, hər bir treyner sövdələşmələrin erkən və zamanında olmasına sevinir. Düşünürəm ki, onların hər ikisi klub üçün böyük dəyişikliklər edəcək", - norveçli mütəxəssis sky sportsa verdiyi müsahibədə qeyd edir.