130 milyon avroluq təklif rədd edildi
Transfer

130 milyon avroluq təklif rədd edildi

  • 2021-07-28

"Çelsi" "İnter"in futbolçusu Romelu Lukakunu transfer etmək istəyir.

"Football İtalia"ya əsasən, London təmsilçisi belçikalı hücumçu üçün 130 milyon avro təklif etsə də, klub onu satmaqdan imtina edib. "İnter"in Lukakunu komandada saxlamaqda israrlı olduğu vurğulanıb.

Qeyd edək ki, Lukaku ötən mövsüm A seriyasında meydana çıxdığı 36 matçda 24 qol vurub, 11 qolun ötürməsini verib.