"Çelsi"də yeni qapıçı
Transfer

"Çelsi"də yeni qapıçı

  • 2021-07-28

"Çelsi" heyətinə yeni futbolçu qatıb.

Klubun saytına əsasən, "zadəganlar" son klubu "Fulhem" olan Markus Betinellini transfer edib. 29 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Betinelli 2010-cu ildən "Fulhem"də çıxış edirdi. O, bu yay müqaviləsi başa çatdığı üçün komandadan ayrılıb.