Messinin yeni müqavilə imzalayacağı vaxt bilindi
Transfer

Messinin yeni müqavilə imzalayacağı vaxt bilindi

  • 2021-07-28

"Barselona" ilə müqaviləsi başa çatan Lionel Messi tezliklə Kataloniya klubu ilə yeni sözləşmə imzalayacaq.

"Sport.es"ə əsasən, 34 yaşlı hücumçu avqustun 2-də müqaviləyə qol çəkəcək.


O vaxta qədər Messinin "Barselon"da məşq etməyəcəyi bildirilib. Müqavilə imzalandıqdan sonra isə argentinalı futbolçu təlim-məşq toplanışı üçün Almaniyaya getməyən həmyerlisi Serxio Aquero və Emresonla birlikdə məşq edəcək.

Qeyd edək ki, karyerası ərzində yalnız "Barselona"da çıxış edən Messinin klubla müqaviləsi iyunun 30-da başa çatıb.