"Tottenhem"in yeni mərkəz hücumçusu
Transfer

"Tottenhem"in yeni mərkəz hücumçusu

  • 2021-07-28

Tottenhem Sevilyanın mərkəz hücumçusu Brayan Xili 5 illik müqavilə əsasında kluba cəlb edib.

Razılaşmaya əsasən, transferin əvəzində Tottenhemin oyunçusu Erik Lamela ispan klubuna qoşulacaq və ingilis tərəfi, əlavə olaraq, müəyyən məbləğ ödəyəcək.

İspan futbolu eksperti Terri Gibsonun dediklərinə görə, Tottenhem azərkeşləri 20 yaşlının transferinə çox sevinməlidirlər: "Xil, keçən La Liqa mövsümündə ən çox danışılan oyunçulardan biri idi. Tottenhemin bu transferini çox uğurlu qiymətləndirirəm. O, fanatların zövqlə seyr edəcəyi oyun sərgiləyir. Driblinq, toxunuş bacarıqları əladır və möhtəşəm ötürmələr edir".

Qeyd edək ki, Brayan Xil həm xarici görünüşcə, həm də texnikası ilə holland futbol əfsanəsi Yohan Kroyfa çox bənzədilir.