"Tottenhem"in müdafiəçisi Qətər klubunda
Transfer

"Tottenhem"in müdafiəçisi Qətər klubunda

  • 2021-07-27

"Tottenhem"in müdafiəçisi Tobi Alderveyreld karyerasını Qətərin "Al Duhayl" klubunda davam etdirəcək.

Bu barədə London təmsilçisinin saytı məlumat yayıb.

Britaniya mətbuatı bu transfer üçün "Al-Duhayl"ın 13 milyon funt sterlinq (təqribən 15,2 milyon avro) təzminat ödədiyini yazıb.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2015-ci ildən "Tottenhem"in şərəfini qoruyurdu. Belçikalı oyunçu bu klubda 236 matçda meydana çıxıb.