Haalanddan "Çelsi" açıqlaması
Transfer

Haalanddan "Çelsi" açıqlaması

  • 2021-07-27

Dortmund "Borussiya"sının futbolçusu Erlinq Haaland "Çelsi"nin onun üçün 170 milyon avro təklif etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsinə əsasən, o, bununla bağlı deyib: "Dünənə kimi agentimlə danışmamışam. Ümid edirəm ki, bu yazılanlar sadəcə şayiədir. Çünki bir oyunçu üçün bu, çox böyük məbləğdir.

Klubumla 3 illik müqaviləm qalıb. "Borussiya" mənim xoşuma gəlir".