"Mançester Yunayted" bu futbolçuları satır
Transfer

"Mançester Yunayted" bu futbolçuları satır

  • 2021-07-27

"Mançester Yunayted" yeni transferlərə görə vəsait toplamaq üçün bir sıra oyunçusunu satmağa hazırlaşır.

Bu barədə ESPN nəşri məlumat yayıb. Bildirilib ki, Mançester təmsilçisinin rəhbərliyi baş məşqçisi Ole Qunnar Solşerə transferlər üçün 100 milyon funt-sterlinq büdcə ayırıb. Yarımmüdafiəçi Ceydon Sançonun transferini və "Real"ın müdafiəçisi Rafael Varanın tezliklə kluba keçidini nəzərə alsaq, xərclər göstərilən məbləği keçəcək.

"Mançester Yunayted" bu səbəbdən bəzi oyunçuların transferi üçün təklifləri qəbul edəcəklər. Klubun satmaq istədiyi oyunçular sırasında müdafiəçilər Aleks Telles, Dioqo Dalot, Brendon Uilyams, Fil Cons, yarımmüdafiəçilər Andreas Pereyra,  Daniel Ceyms və  Cessi Linqard var.

Bildirilib ki,  "Mançester Yunayted" yüksək məbləğli təklif göndəriləyi təqdirdə, hücumçu Antoni Marsyalı da satmağa razı olacaq.