Stevan Yovetiçin yeni klubu müəyyənləşib
- 2021-07-27
“Monako”nun sabiq futbolçusu Stevan Yovetiç karyerasını Almaniyada davam etdirəcək.
31 yaşlı hücumçu “Herta”ya keçib. Bundesliqa təmsilçisi monteneqrolu futbolçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Yovetiç "Fiorentina", "İnter", "Mançester Siti" və "Sevilya" kimi klublarda da oynayıb.