Varan "Mançester Yunayted"ə doğru
Transfer

Varan "Mançester Yunayted"ə doğru

  • 2021-07-27

"Real"ın futbolçusu Rafael Varanın "Mançester Yunayted"ə keçidi rəsmiləşmək üzrədir.

Britaniya mətbuatında yayılan xəbərə görə, fransalı müdafiəçi Mançester təmsilçisində bu həftə tibbi müayinədən keçəcək. Daha sonra onunla 4+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, bu transfer üçün "Mançester Yunayted"in "Real"a 41 milyon funt sterlinq ödəyəcəyi bildirilir.