Con Terri vəzifəsindən ayrıldı
- 2021-07-26
"Aston Villa"nın məşqçisi Con Terri vəzifəsindən ayrılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 41 yaşlı mütəxəssis bir müddət ailəsinin yanında olmaq, sonra isə özünü baş məşqçi kimi sınamaq istədiyini bildirib.
Qeyd edək ki, İngiltərə millisinin və "Çelsi"nin sabiq müdafiəçisi 2018-ci ildən "Aston Villa"da çalışırdı.