"Liverpul"dan getmək istəyir
Transfer

"Liverpul"dan getmək istəyir

  • 2021-07-26

"Liverpul"un futbolçusu Xerdan Şakiri tezliklə klubunu dəyişmək istəyir.

isveçrəli yarımmüdafiəçi bu barədə "Corriere dello Sport"a açıqlamasında özü məlumat verib.


O, İtaliyanın "Latsio" klubuna keçmək istədiyini bildirib: "Liverpul" rəhbərliyinə yeni bir çağırış üçün hazır olduğumu bildirdim. Onlar haqqımda qərar verdilər. Satış imkanlarını nəzərdə keçirəcəklər. İtaliyaya qayıtmaq və "Latsio"da oynamaq istərdim".

Qeyd edək ki, 29 yaşlı futbolçu 2018-ci ildən "Liverpul"da oynayır. O, daha əvvəl "Stok Siti", "İnter", "Bavariya" və "Bazel" də çıxış edib.