Martin Breytueyt "Barselona"da qalır
Transfer

Martin Breytueyt "Barselona"da qalır

  • 2021-07-25

"Barselona"nın hücumçusu Martin Breytueytin agenti Hasan Çetinkaya futbolçunun gələcəyi barədə danışıb.

"El Confidencial" xəbər verir ki, o, 30 yaşlı oyunçunun Kataloniya klubunda ayrılacağı ilə bağlı yayılan iddiaları təkzib edib:  “Bütün yazılanlar tamamilə cəfəngiyyatdır. Martin dünyanın ən yaxşı klubunda oynayır, burada xoşbəxtdir və Avropa çempionatının ən yaxşılarından biri idi. O, "Barselona"da oynamağa davam edəcək".

 

Qeyd edək ki, Breytueyt ötən mövsüm La Liqada 29 oyunda 2 qol vurub.