"Milan"dan Brazilya klubuna rəsmi transfer təklifi
Transfer

"Milan"dan Brazilya klubuna rəsmi transfer təklifi

  • 2021-07-25

"Milan" "Santos"un hücumçusu Kayo Jorjeni transfer etmək istəyir.

"Diario do Peixe"də verilən xəbərdı bildirilir ki, bu barədə Braziliyalı klubunun prezidenti Andres Rueda məlumat verib. O, İtaliya təmsilçisinin 19 yaşlı hücumçu üçün rəsmi təklif göndərdiyini deyib: "Bizə təklif göndərildi. Nə qədər təzminat istədiyimizi söylədik və indi cavab gözləyirik".

 

Qeyd edək ki, K.Jorje "Santos"da meydana çıxdığı 79 matçda 15 qol vurub.