"İnter"in baş meneceri: "Lukaku satılmır"
Transfer

"İnter"in baş meneceri: "Lukaku satılmır"

  • 2021-07-25

"İnter"in baş meneceri Beppe Marotta komandanın hücumçusu Romelu Lukakunun bu yay klubdan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

"Sport Mediaset"ə verilən xəbərə görə, o, belçikalı oyunçunu satmayacaqlarını deyib: "Lakuku satılmır, bu, dəqiqdir. O, İnzaginin şahmat lövhəsindəki əhəmiyyətli füqurudur".

 

Qeyd edək ki, Lukaku A seriyasında meydana çıxdığı 72 matçda 47 qol vurub, 14 qolun ötürməsini verib.