Raca Nainqqolan "İnter"dən gedir
Transfer

Raca Nainqqolan "İnter"dən gedir

  • 2021-07-25

"İnter"in futbolçusu Raca Nainqqolan komandadan ayrılmağa hazırlaşır.

İtaliya mətbuatına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında çıxış etdiyi "Kalyari"dən təklif gözləyir.


Bundan başqa, onu Türkiyənin "Beşiktaş" klubu da transfer etmək istəyir. İstanbul təmsilçisinin futbolçuya 2 illik müqavilə və ilinə 2.5 milyon avro maaş verməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Nainqqolanın "İnter"lə mqaviləsi 2022-ci ilin yayına qədərdir.