"İnter" Vidalla bağlı qərarını verdi
Transfer

"İnter" Vidalla bağlı qərarını verdi

  • 2021-07-24

"İnter"in futbolçusu Arturo Vidal bu yay klubu tərk edə bilər.

"La Gazzetta dello Sport"a əsasən, klub rəhbərliyi 34 yaşlı yarımmüdafiəçinin müqaviləsini vaxtından əvvəl ləğv etmək qərarına gəlib. "İnter" maaş üçün ödənişləri azaltmaq üçün çilili oyunçu ilə müqavilənin mümkün ləğvini müzakirə edir.

Vidalla "Boka Xuniors" (Argentina), "Flamenqo" (Braziliya) və "Amerika"nın (Meksika) maraqlandığı bildirilir. Ancaq futbolçunun özünün karyerasını Avropada davam etdirmək istədiyi vurğulanıb.

Qeyd edək ki, Vidal ötən mövsüm 30 oyunda meydana çıxıb, 2 qol vurub, 1 qolun ötürməsini verib.