Alonso karyerasını İtaliyada davam etdirmək istəyir
Transfer

Alonso karyerasını İtaliyada davam etdirmək istəyir

  • 2021-07-24

"Çelsi"nin müdafiəçisi Markos Alonso karyerasını İtaliya çempionatında davam etdirmək istəyir.

Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. Bildirilib ki, "İnter" 30 yaşlı futbolçu ilə maraqlanır. London klubu Alonsonu 15-20 milyon avroya satmağı düşünür. İtaliya klubu isə birdəfəlik almaq hüququ ilə ispan oyunçunu 1 illik icarəyə götürmək istəyir. Alonso özü də London təmsilçisi rəhbərliyinə "İnter"ə getmək istədiyi bildirilib.

Qeyd edək ki, futbolçunun "Çelsi" ilə hazırkı müqaviləsi 2023-cü ilin iyun ayına qədər davam edir.