"Liverpul"un 100 milyon avroluq təklifi rədd edildi
Transfer

"Liverpul"un 100 milyon avroluq təklifi rədd edildi

  • 2021-07-24

"Yuventus" futbolçusu Federika Kyezanı klubda saxlamaqda israrlıdır.

"La Repubblica"y əsasən, italiyalı oyunçu ilə yolları ayırmğı planlaşdırmayan Turin təmsilçisi 23 yaşlı hücumçu üçün "Liverpul"un göndərdiyi 100 milyon avroluq təklifi rədd edib.

Bildirilib ki, "Yuventus"un yeni baş məşqçisi Massimiliano Alleqri klub prezidenti Andrea Anyellidən Kyezaya görə göndəriləcək təkliflərin müsbət cavablandırılmamasını xahiş edib.

Xatırladaq ki, bundan əvəvl klub "Mançester Yunayted" və "Bavariya"nın 80 milyon avroluq təkliflərini rədd etmişdi.