Mbappe PSJ-ni tərk etmək istəyir
Transfer

Mbappe PSJ-ni tərk etmək istəyir

  • 2021-07-24

Kilian Mbappe PSJ-ni tərk etmək istəyir.

Bu barədə “Marca” nəşri məlumat yayıb. İddia edilib ki, fransalı oyunçu baş məşqçi Maurisio Poçettinoya klubla müqavilənin müddətini uzatmamaq və komandadan ayrılmaq istədiyini söyləyib.

Bildirilir ki, Mbappe PSJ-dən münaqişə ilə ayrılmaq istəmir.

Futbolçunun baş məşqçi ilə münasibətlərini yaxşı olduğu bildirilir. Qeyd edilir ki, o, həmişə Poçettino tərəfindən özünə dəstək görüb. Fransalı PSJ-dən getmək istədiyini söyləyəndə də, argentinalı mütəxəssis bunu anlayışla qarşılayıb.

Qeyd edək ki, Mbappenin karyerasını “Real Madrid”də davam etdirmək istədiyi bildirilir.