Daha 3 il "Mançester Yunayted"də
Transfer

Daha 3 il "Mançester Yunayted"də

  • 2021-07-24

“Mançester Yunayted” baş məşqçisi Ule-Qunnar Sulşerlə müqavilə müddətini uzadıb.

Bu haqda klubun saytı məlumat yayıb. Onunla yeni müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Həmçinin müqavilədə 1 illik uzatma bəndi yer alır.

Xatırladaq ki, norveçli mütəxəssis 2018-ci ildən “qırmızı şeytanlar”a başçılıq edir. Onun rəhbərliyi altında komanda ötən mövsüm Avropa Liqasının finalına vəsiqə qazanıb.