“Bayer”dən “Everton”a
Transfer

“Bayer”dən “Everton”a

  • 2021-07-23

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Mersisayd təmsilçisi “Bayer”dən Demarey Qreyi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qrey bundan əvvəl İngiltərədə, “Lester”də çıxış edib.