"Yuventus"un yeni baş məşqçisi
Transfer

"Yuventus"un yeni baş məşqçisi

  • 2021-05-28

"Yuventus"un yeni baş məşqçisi müəyyənləşib.

Komandanı Massimiliano Allqeri çalışdıracaq. O, bu vəzifədə Andrea Pirlonu əvəzləyib.


Qeyd edək ki, italiyalı mütəxəssisin son klubu da "Yuventus" olub. O, 2014-2019-cu illərdə Turin təmsilçisini çalışdırıb. "Yuventus" onun rəhbərliyi altında 5 dəfə A seriyasını, 4 dəfə ölkə kubokunu və 2 dəfə Superkubokunu qazanıb. Bundan başqa, "Yuventus" Alleqri ilə iki dəfə Çempionlar Liqasının finalına qədər irəliləyib.