Ceydon Sanço "Mançester Yunayted"də - Rəsmi
Transfer

Ceydon Sanço "Mançester Yunayted"də - Rəsmi

  • 2021-07-23

“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun saytına əsasən, İngiltərə təmsilçisi Dortmund “Borussiya”sından Ceydon Sançonun keçidini rəsmiləşdirib.

21 yaşlı futbolçu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb. Transferin maliyyə detalları açıqlanamyıb. Ancaq Almaniya mətbuatı “Mançester Yunayted” ingilis yarımmüdafiəçi üçün “Borussiya”ya 95 milyon avro ödəyəcəyini yazıb.