Paulinyo "Əl Əhli"də
Transfer

Paulinyo "Əl Əhli"də

  • 2021-07-23

"Barselona"nın sabiq futbolçusu Paulinyo karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

32 yaşlı yarımmüdafiəçi bu ölkənin “Əl Əhli” klubuna transfer olub. Klubun rəsmi saytının yaydığı məlumata görə, futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu Çin “Quançjou Everqrand”ı olan Paulinyo karyerası ərzində "Tottenhem" və "Barselona"da da oynayıb. O, Braziliya millisinin heyətində 56 oyunda 13 qol vurub.