Son Hın Minlə müqavilə uzadıldı
Transfer

Son Hın Minlə müqavilə uzadıldı

  • 2021-07-23

“Tottenhem” hücumçusu Son Hın Minlə müqavilənin müddətini uzadıb.

Bu barədə London klubunun saytı məlumat yayıb. 29 yaşlı Cənubi koreyalı futbolçu ilə yeni müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Müqavilənin maddi tərəfləri açıqlanmayıb. Qeyri-rəsmi xəbərə görə, qarşıdakı mövsüm ərzində Son 48 milyon avro qazanacaq.

Qeyd edək ki, o, 2015-ci ildən “Tottenhem”də oynayır.