"PSJ" Veynaldumu mətbuata təqdim etdi
Transfer

"PSJ" Veynaldumu mətbuata təqdim etdi

  • 2021-07-23

PSJ yeni transferini açıqlayıb.

Paris təmsilçisi niderlandlı yarımmüdafiəçi Corcinyo Veynaldumla 3 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, mövsümün sonunda "Liverpul"la müqaviləsi bitən 30 yaşlı futbolçu PSJ-yə azad agent kimi keçib.