"Mançester Siti" 4 aparıcı oyunçusunu göndərir
Transfer

"Mançester Siti" 4 aparıcı oyunçusunu göndərir

  • 2021-07-23

"Mançester Siti" heyətinə yeni futbolçular qatmaq məqsədi ilə bir neçə oyunçusunu komandadan göndərmək qərarına gəlib.


İngiltərə mətbuatında  yayılan xəbərlərə görə "Mançester Siti" Rəhim Sterlinq, Emerik Laport, Riyad Marez və Bernardo Silva ilə yolları ayırmağı planlaşdırır. Həmçinin bildirilir ki, klub bu oyunçulardan futbolçu mübadiləsi üçün də istifadə edə bilər. "Siti" "Barselona"nın adı açıqlanmayan 1 oyunçusunu heyətinə qatmaq məqsədi ilə bu addımı atmağı düşünür.


Mediada yer alan xəbərlərə görə isə "Mançester Siti"nin Kataloniya klubundan almaq istədiyi futbolçu Antuan Qrizmanndır.